logo

Tovuz istiqamətində Ermənistana məxsus daha bir PUA məhv edilib

20:23 06-08-2020 | icon 2625
Tovuz istiqamətində Ermənistana məxsus daha bir PUA məhv edilib

Avqustun 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində kəşfiyyat uçuşları keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Hava Hücumundan Müdafiə bölmələri tərəfindən düşmənin növbəti PUA-sı dərhal aşkar olunaraq məhv edilib.