Azərbaycanın QDİƏT Parlament Məclisindəki nümayəndə heyətinin yeni tərkibi təsdiqlənib
Avqustun 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının onlayn formatda 55-ci plenar iclası keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.Qeyd edilib ki, Azərbaycanı iclasda Milli Məclisin deputatları - QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvü Eldar İbrahimov təmsil ediblər.
Sessiya çərçivəsində QDİƏT Parlament Məclisi Baş Assambleyasının 62-ci Büro iclası keçirilib. Sonra qurumun Daimi Komitəsinin 55-ci iclası işə başlayıb. Daha sonra plenar iclasın açılışı olub. QDİƏT PM-nin hazırkı sədri, Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze açılış nitqi ilə iştirakçıları salamlayıb.
QDİƏT PM sədrinin müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin sədrliyi ilə keçən plenar iclasda tədbirin gündəliyi qəbul edilib, 2019-cu il noyabrın 20-21-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş 54-cü plenar iclasın protokolu təsdiqlənib, qurumun fəaliyyəti barədə hesabat dinlənilib.
Nümayəndə heyətlərinin yeni üzvlərinin seçilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin 6 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib. Əvvəl nümayəndə heyətimiz 5 üzvdən ibarət olub.
Sessiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyəti barədə məlumat verilib. Məlumatı QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Ebru Barutçu Gökdenizler təqdim edib.
Toplantıda QDİƏT Parlament Məclisi sədrinin müavinləri seçilib.
Sonra tədbirdə müxtəlif mövzularda məruzələr, müvafiq tövsiyələr dinlənilib və müzakirələrdən sonra qəbul edilib.
Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç “Avropa və Asiyanı birləşdirən layihələrin reallaşdırılmasında qanunvericilik dəstəyi (Bir kəmər, bir yol)” mövzusunda çıxış edib. Mövzuya dair tövsiyəni Hüquqi və siyasi məsələlər komitəsinin sədri Mixail Yemelyanov (Rusiya) təqdim edib.
Yunanıstan nümayəndə heyətinin üzvü Sofiya Vultepsi “QDİƏT-ə üzv ölkələrdə maliyyə texnologiyalarının inkişafı” məruzəsi ilə çıxış edib. İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin sədri Konstantin-Ketelin Zamfira (Rumıniya) mövzu ilə bağlı tövsiyəni təqdim edib.
Rumıniya nümayəndə heyətinin üzvü İoan Vulpesku “QDİƏT-ə üzv dövlətlərdə tarixi səhiyyə müəssisələrinin qorunması və onların müasir dövrdə rolu” mövzusunda çıxış edib. Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Mətin Gündoğdu (Türkiyə) müvafiq tövsiyəni təqdim edib.
Yığıncaqda, habelə 2019-cu maliyyə ili üzrə Auditor Hesabatı verilib. Baş Assambleyanın 2020-ci il payız sessiyasının vaxtı, yeri və gündəliyi ilə bağlı məsələyə də baxılıb.
İclasın sonunda quruma sədrlik rotasiya üsulu ilə Yunanıstana təhvil verilib.
Bununla da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyası öz işini başa çatdırıb.
NATO-nun baş katibi ilə Gürcüstanın baş naziri ilə görüşüb
Xankəndinin mərkəzi meydanına “Zəfər meydanı” adı verilib
Prezident İlham Əliyev Xankəndidə Novruz tonqalını alovlandırıb
İlham Əliyev Azərbaycan xalqının Novruz bayramını təbrik edib
Bakının mərkəzində 4 küçə avtomobillər üçün bağlanır
Paşinyan Qazax rayonu ilə həmsərhəd bölgəyə səfər edib
Bakıda Azərbaycan-ABŞ əməkdaşlığı müzakirə olunub
Azərbaycan-ŞƏT əməkdaşlığı müzakirə olunub
Azərbaycanın müdafiə naziri NATO-nun baş katibi ilə görüşüb
Sabah Bakıda arabir yağış yağacaq, 9° isti olacaq
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
NATO baş katibinin Azərbaycana səfəri başa çatıb
Pekində Azərbaycan-Çin əməkdaşlığı müzakirə olunub
Rusiyada seçici aktivliyi 77,44 % təşkil edib
İlham Əliyev Vladimir Putini təbrik edib
Azərbaycan-Türkiyə qardaşlığın rəmzi Çanaqqala döyüşlərindən 109 il ötür
Bu gün Göygöl rayonunda qaz olmayacaq
DYP:Texniki müayinə mərkəzləri bayram günləri də işləyəcək
Bakı metrosu gücləndirilmiş iş rejimində işləyəcək
“Beşiktaş” klubu Qurban Qurbanovla maraqlanır
Bakıda havada toz müşahidə olunur
Putin 85,13 % səs toplayıb
AZAL Londonun daha bir hava limanına uçuşlara başlayıb
Atıcımız Almaniyada gümüş medal qazanıb
Ötən iki gündə cinayət törətməkdə şübhəli bilinən 111 nəfər saxlanılıb