logo

Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

17:15 06-08-2020 | icon 2345
Azərbaycanda daha 144 nəfər koronavirusa yoluxub, 3 nəfər ölüb

Azərbaycanda koronavirus infeksiyasından daha 435 nəfər sağalıb, 144 yoluxma faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 33 min 247 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 29 min 275 nəfər müalicə olunaraq sağalıb, 479 nəfər vəfat edib. Aktiv xəstə sayı 3493 nəfərdir.

Ötən müddət ərzində 766 min 179 test aparılıb. Bugünkü test sayı isə 7050-dir.