logo

Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib

16:56 06-08-2020 | icon 2646
Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.

 YeniAvropa xəbər verir ki, bu barədə "Avtosfer.az" məlumat yayıb.Bildirilib ki, buna səbəb partiya sədrinin çoxsaylı ödənilməmiş cərimələrinin olmasıdır.

Bildirilib ki, eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub.

Sayt yazır ki, bu gün isə Hafiz Hacıyev "Azadlıq" prospektində daha bir qayda pozuntusu edib. Belə ki, yol polisi əməkdaşları ona "saxla” işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək, ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər.

Partiya sədrinin sürücülük hüququnun iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.