logo

“Aeroflot” Bakıya olan bəzi reyslərini ləğv edir

16:33 06-08-2020 | icon 2667
“Aeroflot” Bakıya olan bəzi reyslərini ləğv edir

Rusiyanın “Aeroflot” aviaşirkəti avqustun 31-dək Bakıya müntəzəm reyslərin bir hissəsinin məcburi ləğvi barədə elan verib.

 YeniAvropa xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda qeyd edilib. Bildirilib ki, bundan əlavə, avqustun 31-dək Aktau, Aktobe, Alikante, Almatı, Amsterdam, Dublin, Düsseldorf, Yerevan, Kişinyov, Şımkent və bir sıra digər istiqamətlərə də uçuşlar həyata keçirilməyəcək.

Məlumata qeyd edilir ki,  beynəlxalq reyslərin proqramında dəyişikliklər təyinat ölkələrində mövcud epidemioloji vəziyyətlər nəzərə alınmaqla edilib.

Şirkət bildirir ki, mayın 1-dən sonra ləğv olunan reyslərə bilet alan sərnişinlərə ödədikləri məbləğ geri qaytarılacaq. Mayın 1-dək bilet almış sərnişinlər vauçer rəsmiləşdirə bilər.