logo

"Jiquli" yolu keçən piyadanı vurub öldürdü

16:10 06-08-2020 | icon 2618
"Jiquli" yolu keçən piyadanı vurub öldürdü

Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Xəzər rayonunun Qala qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Bəşir Bəşirov Bakı şəhər sakini M.Həsənlinin idarə etdiyi “VAZ-21705” markalı avtomobillə vurulub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.