logo

Prezident İlham Əliyev  “AzerGold” a 3 milyon manat ayırdı

15:09 06-08-2020 | icon 2807
Prezident İlham Əliyev  “AzerGold” a 3 milyon manat ayırdı

Prezident İlham Əliyev avqustun 6-da "Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. 

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamla  Daşkəsən dəmir filizi yatağının istismara verilməsi ilə əlaqədar ilkin qiymətləndirmə sənədinin hazırlanması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.64-cü bəndində göstərilmiş məbləğdən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.