logo

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimləri davam edir

13:08 06-08-2020 | icon 2807
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimləri davam edir

Hərbi əməkdaşlıq haqqında sazişə əsasən ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı döyüş atışlı taktiki təlimlərinin növbəti mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, təlimlərin ssenarisinə uyğun olaraq bölmələr zirehli texnika və helikopterlərin istifadəsi ilə müxtəlif döyüş elementlərini, eləcə də digər təlim-döyüş tapşırıqlarını icra ediblər.