SOCAR Bodrum hava limanında ilk YDM-ni istifadəyə verib
“SOCAR Aviation” Milas-Bodrum hava limanında yanacaq tədarükünü öz obyektindən həyata keçirəcək.
YeniAvropa xəbər verir ki, bu barədə SOCAR-ın yaydığı məlumatda bildirilir. Qeyd edilir ki, yeni obyektdə ilk yanacaq doldurulmasını "Türk Hava Yolları" gerçəkləşdirib.
Türkiyənin hava nəqliyyatı sektorunun yanacaq ehtiyacını təmin edən ən böyük üç şirkətdən biri olan “SOCAR Aviation” Milas-Bodrum hava limanında öz yanacaqdoldurma məntəqəsini istismara verib. Bu obyektdə ildə 3000 təyyarənin yanacaqla təchiz olunması planlaşdırılır. Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin tədricən ölkənin hava nəqliyyatı sektoru ilə birlikdə genişlənən markası “SOCAR Aviation” Muğlada yerləşən Milas-Bodrum hava limanında yanacaq təchizatını artıq öz obyektindən həyata keçirəcək. “SOCAR Türkiyə” Dövlət Hava Limanları İdarəçiliyi (DHMİ) tərəfindən elan edilən tenderdə “SOCAR Aviation” markası ilə qalib gəldikdən sonra Milas-Bodrum yanacaqdoldurma obyektini istifadəyə verib. Obyektdən ilk yanacaq təchizatı iyulun 21-də Türk Hava Yollarına (THY) gerçəkləşdirilib.
“SOCAR Türkiyə” Milas-Bodrumdakı yanacaqdoldurma məntəqəsi ilə hava nəqliyyatı sahəsində ilk yanacaqdoldurma obyektini işə salmış oldu. “SOCAR Aviation” şirkətinin Milas-Bodrumdakı təchizat obyekti yenidənqurma və qeydiyyat prosedurlarından sonra Enerji Bazarında Nizamlama Qurumunun lisenziyasını alıb. Bu obyektdə 1500 kubmetr tutumuna malik 3 təyyarə yanacağı sisterni yerləşir. Ümumilikdə 4105 kvadratmetr sahəni əhatə edən obyekt mövcud infrastrukturu ilə ildə 70 min kubmetr yanacaqdoldurma potensialına malikdir ki, bu da hava limanının ümumi istehlakının yarısına bərabər olmaqla, ildə təxminən 3000 təyyarəni yanacaqla təchiz etməyə imkan verir.
2013-cü ildən hava nəqliyyatı sahəsində yanacaqdoldurma xidməti göstərən “SOCAR Aviation” bir neçə hava limanının tədarükçüsü rolunu yerinə yetirir və Milas-Bodrum ilə yanaşı İstanbul, Sabiha Gökçen, Adnan Menderes, Antalya və Dalaman hava limanlarının da yanacaq ehtiyaclarını təmin edir. Yanacaq təchizatı sahəsində investisiyalarını davam etdirən “SOCAR Aviation”, gələcəkdə İzmir hava limanında da yanacaqdoldurma məntəqəsini işə salmağı planlaşdırır. “SOCAR Türkiyə”nin enerji zəncirinin bütün həlqələrini əhatə edən inteqrə olunmuş strukturu sayəsində “SOCAR Aviation” şirkəti artıq “STAR” neft emalı zavodunun da təyyarə yanacağı istehsalı imkanından yararlanaraq Türkiyə hava nəqliyyatı sektoruna yüksək keyfiyyətli xidmət göstərmək üçün səylərini davam etdirir.
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib
“Air France”ın təyyarəsi Bakıya qəza enişi edib
2026-cı ilədək Cəbrayıl, Qubadlı, Zəngilana 40 min nəfər köçürüləcək
Qırğızıstan prezidenti sabah Ağdamda tikəcəkləri məktəbin təməlini qoyacaq
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi "BBC"yə müsahibə verib
Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 100 milyon dollara çatır
Bakıda Azərbaycan-Başqırdıstan biznes- forumu keçirilib
Azərbaycanla Qırğızıstan arasında 18 sənəd imzalanıb
Qırğızıstan Ağdamda məktəb tikəcək
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb
HDQ və FHN-in “Dalğa-2024” birgə taktiki təlimi keçirilir
Laçındakı konfransda 30 ölkədən ekspertlər iştirak edirlər
Bakıda Azərbaycan-Qırğızıstan Dövlətlərarası Şurasının II iclası keçirilir
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub
Koreyanın 206 mindən çox avtomobilini geri çağırır
Sabah Bakıda 28° isti olacaq
Bakıda Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub