logo

Neft Fondu cari ildə “Şahdəniz”dən 215,5 milyon dollar gəlir əldə edib

10:31 06-08-2020 | icon 3521
Neft Fondu cari ildə “Şahdəniz”dən 215,5 milyon dollar gəlir əldə edib

İlin əvvəlindən avqust 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” yatağı üzrə təbii qaz və kondensat satışından əldə etdiyi gəlir 215,5 milyon dollar olub.

YeniAvropa xəbər verir ki, bu barədə ARDNF-in İctimaiyyətlə əlaqələr departamentindən bildirilib. Qeyd olunub ki, yanvar-iyul aylarında Neft Fondunun, o cümlədən “Şahdəniz” üzrə kondensatın satışından əldə olunan gəliri isə 149 milyon dollar təşkil edib.