logo

Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir

10:57 06-08-2020 | icon 3115
Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilir

Avqustun 6-da Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası öz işinə başlayıb.

 YeniAvropa xəbər verir ki,  iclası parlamentin sədri Sahibə Qafarova açaraq gündəlikdə olan məsələlərin ikinci oxunuşda müzakirə ediləcəyini bildirib.

İclasın ikinci günündə gündəlikdəki 6 məsələ -“Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında”, “Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında”, “Məşğulluq haqqında”, “İşsizlikdən sığorta haqqında” qanunlarda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılıb.