logo

Dünyada koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb

13:11 05-08-2020 | icon 5005
Dünyada koronavirusdan ölənlərin sayı 700 min nəfəri ötüb

Dünyada COVID-19 infeksiyası səbəbindən ölənlərin sayı 700 min nəfəri ötüb.

YeniAvropa pandemiyanın statistikasını aparan "Worldometer" saytına istinadla xəbər verir ki, avqustun 4-də 254 min 988 nəfər koronavirus infeksiyasına yoluxub, 6 min 298 nəfər isə həyatını itirib.

Saytın son məlumatına əsasən, indiyədək dünyada koronavirus infeksiyasına 18 milyon 717 min yoluxma və 704 min 635 ölüm faktı qeydə alınıb. Eyni zamanda, 11 milyon 936 min 196 nəfər COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 6 milyon 76 min 255 xəstədən 65 min 360-nın vəziyyəti ağır qiymətləndirilir.

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 4 milyon 918 min 770 nəfərə çatıb. Bu göstəriciyə görə sonrakı yeri Braziliya tutur - 2 milyon 808 min 76 nəfər. Hindistanda 1 milyon 910 min 68, Rusiyada 866 min 627, Cənubi Afrika Respublikasında 521 min 318, Meksikada 449 min 961 nəfər COVID-19 xəstəliyinə yoluxub.

Birləşmiş Ştatlar koronavirusdan ölənlərin sayına görə də dünya lideridir – 160 min 318 nəfər. İlk beşliyə daxil olan Braziliyada 96 min 96, Meksikada 48 min 869, Birləşmiş Krallıqda 46 min 299, Hindistanda isə 39 min 856 nəfər koronavirus infeksiyası səbəbindən həyatını itirib.