logo

Paytaxtda mənzildən bir milyon manat dəyərində zinət əşyaları oğurlanıb

12:10 05-08-2020 | icon 2303
Paytaxtda mənzildən bir milyon manat dəyərində zinət əşyaları oğurlanıb

Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsinə avqustun 4-də rayon ərazisindəki mənzillərin birindən seyfi kəsməklə içərisində olan bir milyon manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindənYeniAvropa-ya bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin tanışı Bakı şəhər sakini T.Rəhimli təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Aparılmış tədbirlərlə onun qızıl-zinət əşyalarını 75 min ABŞ dollarına Göyçay rayon sakini Ə.Salmanova satması müəyyən edilib.

Ə.Salmanov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.