logo

"COVID-19" üçün ən dəqiqiqi  yaxma müayinəsidir

18:17 20-07-2020 | icon 6909
"COVID-19" üçün ən dəqiqiqi  yaxma müayinəsidir

COVID-19 xəstəliyi olanların əksəriyyətində ağciyərlər zədələnmir. Yoluxma həmin xəstələrdə və daşıyıcılarda simptomsuz və yüngül əlamətlərlə keçir və bu zaman virus tənəffüs yollarının yuxarı hissəsində olduğuna görə yalnız yaxma götürülməsi nəticəsində aşkar oluna bilər.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın iyulun 20-də keçirdiyi mətbuat konfransında Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov məlumat verib.

Onun dediyinə görə, COVID-19-a yoluxanların əksəriyyətində kompüter tomoqrafiya müayinəsi zamanı ciddi dəyişiklik müşahidə edilmir. Boğazdan götürülən yaxmanın həssaslığı kifayət qədər yüksəkdir. Lakin həmin hissədə virus olub-olmamasında səhvlərə yol verilə bilər. Əgər boğazdan götürülən yaxmanın laborator nəticəsi müsbət çıxarsa, onu yoluxmuş xəstə kimi qəbul etməliyik, çünki bu, həm xəstənin özü, həm də ətrafı üçün kifayət qədər qorxuludur, təhlükəlidir. Ona görə də belə xəstələri nəzarət altında saxlamalıyıq. Nəticənin mənfi çıxması yenə də şübhəli və yaxmanın götürülmə metodikası ilə əlaqədar qüsurlar ola bilər. Yalnız təkrar müayinə aparılandan sonra heç bir əlamət olmadıqda onu COVID-19-dan azad vətəndaş kimi qəbul etmək olar.