logo

Prezidentin köməkçisi: Bu gün dövlət büdcəsinə təcili dəyişiklik edilməsinə ehtiyac yoxdur

17:55 20-07-2020 | icon 7378
Prezidentin köməkçisi: Bu gün dövlət büdcəsinə təcili dəyişiklik edilməsinə ehtiyac yoxdur

Hazırda dövlət büdcəsinə dəyişikliklə bağlı müzakirələr gedir.

YeniAvropa xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın iyulun 20-də keçirilən brifinqində deyib.

“Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edildi ki, hazırda büdcə icrasında hər hansı çətinliyimiz yoxdur. Büdcənin gəlir hissəsi profisitlə icra edilib, xərclərdə normal dinamika var. Ona görə bu gün büdcəyə təcili dəyişiklik edilməsinə ehtiyac yoxdur”, - deyə Ş.Mövsümov vurğulayıb.