logo

Prezident mədəniyyət nazirinin səlahiyyətini Anar Kərimova həvalə etdi

17:10 20-07-2020 | icon 6923
Prezident mədəniyyət nazirinin səlahiyyətini Anar Kərimova həvalə etdi

Anar Qabil oğlu Kərimov Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini təyin edilib.

YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev iyulun 20-də müvafiq sərəncam imzalayıb.

Prezidentin bu gün imzaladığı digər bir sərəncamı ilə A.Kərimov Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyevin imzaladığı üçüncü sərəncamla isə mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti mədəniyyət nazirinin birinci müavini Anar Kərimova verilib.