logo

Ermənilər atəşkəs rejimini 60 dəfə pozublar

09:49 20-07-2020 | icon 4011
Ermənilər atəşkəs rejimini 60 dəfə pozublar

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 60 dəfə pozub.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində və Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Respublikasının Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan, Gədəbəy rayonunun Zamanlı kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə atəş açılıb.