logo

İlham Rəhimov şəhidin 7 aylıq oğlunu övladlığa götürdü

10:34 19-07-2020 | icon 6699
İlham Rəhimov şəhidin 7 aylıq oğlunu övladlığa götürdü

Moskvada yaşayan həmyerlimiz, Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor İlham Rəhimov şəhidimiz Elşad Məmmədovun 7 aylıq övladı Məhəmmədi 18 yaşınadək himayəyə götürüb.

YeniAvropa xəbər verir ki,bu barədə şəhidimizin atası Dönməz Məmmədov "Yeni Müsavat"ın rəhbəri Rauf Arifoğlu ilə söhbətində deyib.   

Tovuz rayon Ağdam kənd sakini, baş əsgər kimi hərbi xidmətdə olan Elşad Məmmədovun qəhrəmancasına şəhid olmasından 7 gün keçir. Bu gün keçirilən mərasimdə Rauf Arifoğlu da iştirak edib.

Dönməz Məmmədov bildirib ki, bu məqsədlə İlham Rəhimov xüsusi nümayəndəsini Ağdam kəndinə göndərib.  İlham Rəhimovun bu qərarı ailə başçısına elan edilib, bunun mexanizmi müzakirə edilib.

İlham Rəhimov şəhidimizin ailəsinin bundan sonra qarşılaşacağı problemlərin həllinə də öz dəstəyini göstərəcək.