logo

"Qarabağ" komandasının yeni kapitanı məlum olub

22:42 18-07-2020 | icon 10682
"Qarabağ" komandasının yeni kapitanı məlum olub

2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" komandasının yeni kapitanı müəyyənləşib.

YeniAvropa xəbər verir ki,  Azərbaycan millisinin futbolçusu Maksim Medvedev Ağdam təmsilçisinin kapitanı olub.

Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı birdəfəlik 31 yaşlı müdafiəçiyə həvalə edilib.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən "Qarabağ"da çıxış edir.

O, Ağdam təmsilçisi ilə 7 dəfə ölkə çempionatının qalibi olub. Təcrübəli müdafiəçi 3 dəfə ölkə kubokunu qazanıb.