General Polad Həşimov necə vurulub? - İDDİA
Keçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov şəhid general-mayor Polad Həşimovun öldürülməsilə bağlı ilginc açıqlama verib.
YeniAvropa xəbər verir ki, Yaşar Aydəmirov Polad Həşimovun həlak olması ilə əlaqədar "LafTV"yə müsahibəsində bildirib ki, şəhid generalın hərəkət trayektoriyası izlənilib. Y.Aydəmirov cəbhənin Tovuz istiqamətində gedən döyüşlər zamanı general-mayor Polad Həşimovun həlak olmasını çox ciddi hadisə adlanırıraraq, Ali Baş Komandanın bu məsələni elə-belə qoymayacağını vurğulayıb. O, erməni tərəfində bu cür texnologiyaların olmadığını, kənardan onlara iri dövlətlərin yardım etdiyini də vurğulayıb: "Ermənilərdə belə dəqiq silahlar yoxdur. Kənardan onlara yardım edilib. General daim qərargahda oturmur, hərkətdə olur”.
Bununla yanaşı. Y.Aydəmirov deyib ki, P.Həşimovun harda zərbəyə tuş gəlməsi hələ rəsmi açıqlanmayıb: "Mən bilirəm harda olub. Amma Müdafiə Nazirliyi rəsmi açıqlama verməyib”.
Generalın sözlərinə görə, Tovuzda baş verən təxribat əvvəlcədən hazırlanmışdı: "Bu, Ermənistanın işi deyildi. Başqa iri dövlətlərin işidir…”
Məsələyə Azərbaycan İnternet Forumunun prezidenti, İKT mütəxəssisi Osman Gündüz də münasibət bildirib: "Yaşar Aydəmirovun dediyindən belə güman etmək olar ki, general Polad Həşimovun və onu müşayiət edənlərin hərəkət trayektoriyası qonşu ölkələrin peyklərinin köməyi ilə izlənilib.Düşünmək olar ki, bu məqsədlə generalın və ya onu müşayiət edənlərin istifadəsində olan xüsusi rabitə vasitələrinə müdaxilə olub. Yeri gəlmişkən, maraqlıdır görəsən bizim hərbidəki xüsusi rabitə vasitələrimiz hansı ölkənin istehsalıdır və hərbi üçün rabitə infrastrukturunu kim qurub? Beləliklə, güman etmək olar ki, peyk və rabitə texnologiyalarından istifadə etməklə onların kordinatlarını müəyyən ediblər və bu kordinatlar dərhal, real vaxt müddətində erməni ordusuna yönləndirilib. Peyklə kordinat müəyyən edib həmin kordinata zərbə endirmək bir an məsələsidir.
Zərbə isə dəqiq olduğundan düşünmək olar ki, general Polad Həşimovun öldürülməsi ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib. Xatırlayıram ki, məşhur çeçen generalı, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi də Rus ordusu, onun mobil telefonla danışdığı 10 dəqiqə müddətində koordinatlarını peyklə müəyyən edərək "SU-25"dən həmin kordinata atılan raket zərbəsi ilə öldürmüşdülər".
General Aydəmirovun dediyindən belə qənaətə gəlmək olur ki, hazırda bu istiqamətdə ciddi araşdırmalar gedir".
Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu istiqamətində döyüş zamanı şəhid olub. (modern.az)
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir