logo

"Qarabağ"ın yeni transferi Bakıdadır

20:59 18-07-2020 | icon 8358
"Qarabağ"ın yeni transferi Bakıdadır

"Qarabağ"ın yeni transferi Kevin Medina Bakıya gəlib.

YeniAvropa  xəbər verir  ki, 27 yaşlı kolumbiyalı müdafiəçi bu barədə "Instagram" hesabında paylaşım edib.

Futbolçu Bakı Olimpiya Stadionunun fotosunu paylaşıb. Medina rəsmi müqavilə imzaladıqdan sonra təlim-məşq toplanışı üçün Qəbələyə yollanacaq.

Qeyd edək ki, "Qarabağ"ın Kevin Medina ilə 3 illik müqavilə imzalayacağı gözlənilir. 27 yaşlı müdafiəçi Portuqaliyanln "Çaves" klubundan transfer olunub. O, ötən mövsüm bu komandanın heyətində 22 oyuna çıxaraq 1 qol vurub. Kevin Medina əvvəllər Portuqaliyanın "Naval", "Moura", "Sintrense", "Pinhalnovense" və "Akademika Viseu" klublarında oynayıb.