İqtisadiyyat Nazirliyi: 7 minədək obyektdə sanitar tələblər pozulub
İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində monitorinqləri davam etdirir.
Nazirliyin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyulun 17-də aparılan monitorinqlərdə Qaradağ rayonunda Mirzağa Məmmədova məxsus ayaqqabı mağazasında, Cavid Əliyevə məxsus toyuq məhsullarının satışı dükanında, Rövşən Təhməzliyə məxsus telefon təmiri xidmət obyektində, Nizami rayonunda Aygün Hüseynovaya məxsus ərzaq dükanında, Anar Fərzəliyevə məxsus marketdə, Nərimanov rayonunda Ceyhun Quliyevə məxsus ərzaq mağazasında, Yasamal rayonunda "AL Market"də, Ənvər Şükürova və Vüsal Mehtiyevə məxsus ərzaq mağazalarında, Sabunçu rayonunda “Mövüzə market”də, Suraxanı rayonunda “Tamerlan market”də, “Ballı market”də, Nəsimi rayonunda “Vüqar firması”da, Ələmdar Abuşova və Sulduz Muxtarova məxsus tikinti malları mağazalarında, Lənkəran rayonunda “Ay işığı market”də, Sərvər Məmiyevə, Camal Kərimova, Nail İsmayılova məxsus mağazalarda, Füzuli rayonunda “Al Market”də, “Oba Market”də, Rafiq İbişova məxsus mağazada, ümumilikdə, monitorinq aparılmış 460 obyektin 100-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Monitorinqlərdə xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb, sahibkarlar tələblərin pozulması hallarına yol veriləcəyi halda, ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırılıblar.
Məlum olduğu kimi, Azərbaycan prezidentinin 2020-ci il 3 iyul tarixli Fərmanı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnaməsinə dəyişiklik edilərək, sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxsləri tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirmək kimi əlavə səlahiyyətlər verilib.
İyulun 17-də nəzarət-yoxlama tədbirləri keçirilmiş obyektlərin 36-da epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib və nöqsana yol vermiş vergiödəyiciləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokollar tərtib olunub.
Qeyd edək ki, mayın 22-dən iyulun 18-dək monitorinq aparılmış 17 min 108 sahibkarlıq subyektindən 6988-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.
Zərərçəkmişin razılığı olmadan fotosunu KİV-də yayanlar cəzalandırılacaq
Vergi orqanlarının vəzifəli şəxslərinin maaşları artırılır
Sabah Bakıda 29° isti olacaq
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir
Yeni il axşamı kafedə tanışlarını öldürən gəncin məhkəməsi başlayır
Rusiya Ukraynanın şəhərlərini bömbalayıb:Ölən və xəsarət alanlar var
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb
Rusiyada hərbi təyyarə qəzaya uğrayıb:Pilotlardan biri həlak olub
Bakıda TDT diplomatiya akademiyalarının toplantısı keçiriləcək
Parlamentdə Hesablama Palatasının ötən il üzrə hesabatı dinlənilir
ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib
Milli Məclisin iclasında 14 məsələ müzakirəyə çıxarılıb
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb
İsrail İrana raket zərbəsi endirib
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 88,51 dollara satılır
Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb
Sumqayıtda valideynlərini öldürən gənc həbs edilib
UEFA Avropa Liqası: Bütün yarımfinalçılar müəyyənləşib
“Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir
İranlı narkotacirin kuryerində 12 kq marixuana aşkarlanıb
SOCAR “ACWA Power”la "Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcək
Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir
Azərbaycan ilə Çinin baş prokurorluqları əməkdaşlığı genişləndiriir