logo

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə edilib

21:51 17-07-2020 | icon 6629
Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı müzakirə edilib

İyulun 17-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı olub.

 YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib. Qeyd edilib ki, nazir Ceyhun Bayramov Gürcüstandan olan həmkarının təbriklərini qəbul edib.

Tərəflər Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparıb və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.

Gürcü həmkarını Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi və bu cəhdin qarşısının alınması, eləcə də bölgədə hələ də davam edən gərgin vəziyyət barədə məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasının, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığının təmin olunmasının vacibliyini qeyd edib.