logo

Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

18:08 17-07-2020 | icon 1876
Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirlərinin telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildiriblər ki, nazir Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovun təbriklərini qəbul edib.

Tərəflər iki ölkə arasındakı münasibətlərin geniş spektri üzrə fikir mübadiləsi aparıb, strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə səylərin bundan sonra da davam etdiriləcəyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov Ermənistan tərəfindən Azərbaycan-Ermənistan sərhədində törədilən son hərbi təxribat və bölgədəki gərgin vəziyyət ilə bağlı rusiyalı həmkarını məlumatlandırıb və yaşanan bu gərginliyin əsas səbəbinin məhz Ermənistanın 30 ilə yaxındır ki, davam edən təcavüzkar siyasətinin olduğunu vurğulayıb.

Rusiya Xarici İşlər naziri hər iki tərəfi atəşkəsə riayət etməyə və bölgədə gərginliyin azaldılması üçün tədbirlər görməyə çağırdıqlarını qeyd edib.