logo

İranda koronavirusdan daha 183 nəfər öldü

16:13 17-07-2020 | icon 8218
İranda koronavirusdan daha 183 nəfər öldü

Ötən həftə ilə müqayisədə İranda koronavirusa yoluxaraq ölənlərin sayı nisbətən azalıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari verib. O bildirib ki, son sutka ərzində İranda 2 min 379 nəfər virusa yoluxub, 183 nəfər isə vəfat edib. Bununla da İranda koronavirusa yoluxanların ümumi sayı 269 min 449 nəfərə, ölənlərin sayı isə 13 min 791-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 232 min 873 nəfər sağalaraq evə buraxılıb. İntensiv terapiya şöbələrində müalicəsini davam etdirən 3 min 509 nəfərin vəziyyəti isə ağır olaraq qalır.

Mətbuat katibi onu da nəzərə çatdırıb ki, İranda tibbi maskadan istifadə məcburi olduğu üçün maska istehsalı gündəlik 6 milyona çatdırılıb.