logo

Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

21:58 16-07-2020 | icon 1778
Azərbaycan və Türkiyə XİN başçıları arasında telefon danışığı olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı baş tutub.

YeniAvropa Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Mövlud Çavuşoğlu Azərbaycan Respublikasının xarici işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib. O, qardaş Türkiyənin hər zaman Azərbaycana nümayiş etdirdiyi dəstəyi, o cümlədən Ermənistanın son hərbi təxribatı ilə bağlı verdiyi ədalətli bəyanatları yüksək qiymətləndirib və bu xüsusda minnətdarlığını ifadə edib.

Nazirlər tərəfindən iki qardaş ölkə arasında strateji əməkdaşlıq münasibətlərinin bundan sonra da inkişafı istiqamətində səylərin əsirgənilməyəcəyi vurğulanıb.