logo

Təhsil naziri kim olacaq?

18:58 16-07-2020 | icon 2212
Təhsil naziri kim olacaq?

Xəbər verdiyimiz kimi  bu güm prezident İlham Əliyevin sərəncamı ilə Ceyhun Əziz oğlu Bayramov təhsil naziri vəzifəsindən azad edilərək ölkənin xarici işlər naziri vəzifəsinə təyin edilib.

 YeniAvropa xəbər verir ki, bundan sonra sosial şəbəkələrdə yeni təhsil nazirinin kim olacağı barədə müxtəlif iddialar səsləndirilib. 

Dolaşan şayələrdən biri də odur ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov təhsil naziri vəzifəsinə gətiriləcək.