logo

Azərbaycanda daha 492 nəfər koronavirusa yoluxdu,  8 nəfər öldü

18:08 16-07-2020 | icon 1792
Azərbaycanda daha 492 nəfər koronavirusa yoluxdu,  8 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasına daha 493 yoluxma faktı qeydə alınıb, 561 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 26 min 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 17 min 256 nəfər müalicə olunaraq sağalıb, 334 nəfər vəfat edib. Aktiv xəstə sayı 8575 nəfərdir.

Ötən müddət ərzində 601 min 500 test aparılıb. Bugünkü test sayı isə 8722-dir.