logo

Neft Fondu daha 200 kq qızıl aldı

16:56 16-07-2020 | icon 2562
Neft Fondu daha 200 kq qızıl aldı

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin ikinci rübündə 0,2 ton qızıl alıb.

YeniAvropa xəbər verir ki, bu barədə  ARDNF-in 2020-cu ilin 6 ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir. Qeyd edilir ki, bu il iyunun 30-na ARDNF-in investisiya portfelində qızılın ümumi miqdarı 101,8 ton olub.

İlin birinci rübünün yekunlarına olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın ümumi miqdarı 101,6 ton idi. Beləliklə də, Neft Fondu son 3 ayda 0,2 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 13,6 faizini, ABŞ dolları portfelinin isə 5 milyard 797,4 milyon dollarlıq hissəsini təşkil edir.