logo

İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib

16:12 16-07-2020 | icon 1708
İlham Əliyev Ceyhun Bayramovu videoformatda qəbul edib

Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Prezident deyib: "Bu gün mən sizi Xarici İşlər naziri vəzifəsinə təyin edirəm. Əminəm ki, siz bu yüksək etimadı doğruldacaqsınız. Bu sahə sizin üçün yeni olsa da, idarəetmə təcrübəniz kifayət qədər böyükdür, müxtəlif vəzifələrdə işləmisiniz, o cümlədən nazir vəzifəsində".

Prezident  daha sonra xarici işlər naziri təyin edilən Ceyhun Bayramova müvafiq tapşırıq və tövsiyyələrini verib.