logo

Mikayıl Cabbarov: 2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb

12:30 16-07-2020 | icon 2583
Mikayıl Cabbarov: 2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb

Neft-qaz məhsulları istisna olmaqla, istehlakçılar tərəfindən ölkə ərazisində ticarət və ictimai iaşə fəaliyyəti göstərən nöqtələrdən alınmış mallara görə ödənilmiş ƏDV-nin geri qaytarılması layihəsi mayın 1-dən başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan ötən günkü iclasda çıxışı zamanı məlumat verib.

Nazir qeyd edib ki, ötən dövr ərzində 10 milyon 400 min çek üzrə daxil olmuş müraciətlə bağlı artıq 2,7 milyon manat ƏDV istehlakçılara qaytarılıb, 2,4 milyon manat isə 30 gün tamamlananda qaytarılacaq.