logo

Azərbaycan əhalisinin sayı 10 milyon 90 min nəfərə çatır

12:05 16-07-2020 | icon 2044
Azərbaycan əhalisinin sayı 10 milyon 90 min nəfərə çatır

İlin əvvəlindən ölkə əhalisinin sayı 22 min 745 nəfər və ya 0,2 faiz artaraq 2020-ci il iyun ayının 1-i vəziyyətinə 10 milyon 89 min 853 nəfərə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.