logo

Elmar Məmmədyarov: " ...bu saatda adama belə sual verərlər? "

09:59 16-07-2020 | icon 2163
Elmar Məmmədyarov: " ...bu saatda adama belə sual verərlər? "

Xəbər verdiyimiz kimi ötən gün prezident İlham Əliyevin sədrliyi ilə keçirilən  Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan online iclasda çıxışı zamanı ölkə başçısı xarici işlər naziri Elmar Məmmədyarovu sərt tənqid edib.

YeniAvropa xəbər verir ki, bunun ardınca  axşam saatlarında “Gününsəsi.info”nun əməkdaşı E.Məmmədyarovdan ölkə başçısının tənqidlərinə münasibətini soruşub.

Sualı eşidən nazir deyib: “Əşi, sən Allah, bəsdir! Soruşmağa mövzu yoxdur? Bu nə sualdır axı? Həm də bu saatda adama sual verərlər? Sabah Leyla Abdullayevaya (XİN mətbuat xidmətinin rəhbəri-red.) zəng et, cavablandırsın”.

Xatırladaq ki, dövlət başçısı Təhlükəsizlik Şurasının iclasında Elmar Məmmədyarovun iştirak etmədiyini bildirmişdi. Baş nazir Əli Əsədova istinad edən prezidentin sözlərinə görə, E.Məmmədyarov Ermənistan-Azərbaycan sərhədində hərbi eskalasiya zamanı evdə qalmağı üstün tutub.