logo

Tomas Bax: Əminəm ki, gələn il Tokio Olimpiadası keçiriləcək

09:32 16-07-2020 | icon 2884
Tomas Bax: Əminəm ki, gələn il Tokio Olimpiadası keçiriləcək

Koronavirus səbəbindən 2021-ci ilin iyul ayına təxirə salınmış Tokio Yay Olimpiya Oyunları vaxtında keçiriləcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax qurumun İcraiyyə Komitəsinin iclasından sonra keçirilən mətbuat konfransında jurnalistlərə bildirib. O, gələn il Tokioda Olimpiadanın keçiriləcəyinə tam əmin olduğunu bildirib: “Əminəm ki, gələn il Tokio Olimpiadası keçiriləcək”.

Qeyd edək ki,  Tokio Yay Olimpiya Oyunlarının 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılıb.