logo

Qəbələ rayonuna dolu düşüb

19:49 15-07-2020 | icon 2352
Qəbələ rayonuna dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin iyulun 15-i saat 17:00-a olan məlumatına əsasən Xınalıq, Daşkəsən, Oğuz, İsmayıllı, Altıağac, Xaltan, Qrız, Qəbələ, Şamaxı, Mərəzədə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Xidmətdən YeniAvropa-ya bildirilib ki, düşən yağışın miqdarı Şamaxıda 23, Dəmiraparançay-Qəbələdə 21 millimetr olub. Leysan yağış nəticəsində Dəmiraparançay və Pirsaatçay Poladlıdan sel keçib.

Saat 14:30-da Qəbələ rayonunun dağlıq ərazilərinə xırdadənəli dolu düşüb.

Şimal-qərb küləyi əsib, sürəti Qəbələdə 24 metr/saniyə olub, Göyçayda saniyədə 18 metrədək güclənib.