logo

Ötən günkü aksiyada Milli Məclisin binaslına dəyən zərər  açıqlandı

18:53 15-07-2020 | icon 2261
Ötən günkü aksiyada Milli Məclisin binaslına dəyən zərər  açıqlandı

Ötən gün axşam Milli Məclisi qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub. Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin əmlakına və inventarına ziyan vurub.

 YeniAvropa xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, dağıntılar zamanı Milli Məclisə ümumilikdə 22 150 manat məbləğində maddi ziyan dəyib.

"Azərbaycan Respublikası Milli Məclisi olaraq parlamentdə baş verən təxribatçı fəaliyyəti qəti şəkildə pisləyir, xalqımız, dövlətimiz, ölkəmizin ərazi bütövlüyü uğrunda müsəlləh olan ordumuz, döyüşlərdə şəhid olan hərbçilərimiz və mülki əhalinin ruhu qarşısında məsuliyyət daşıdığımızı ifadə edirik",-deyə məlumatda bildirilir.