logo

Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişdi

12:30 15-07-2020 | icon 2380
Azərbaycanda daha bir həkim koronavirusdan dünyasını dəyişdi

Azərbaycanda daha bir həkim-kardioloq- Ruhiyyə Kərimova koronavirusdan vəfat edib.

 YeniAvropa xəbər verir ki, bu barədə həkimin yaxınları sosial şəbəkədə məlumat paylaşıblar. 

Bildirilir ki, Ruhiyyə Kərimova Azərbaycan Kardiologiya Cəmiyyətinin üzvü və COVİD-19 infeksiyasına yoluxan xəstələri müalicə edən həkimlərdən biri olub.

Lakin sonradan o, özü də virusa yoluxub və bu gün səhərə yaxın dünyasını dəyişib.