logo

General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundular

10:40 15-07-2020 | icon 3794
General Polad Həşimov və polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olundular

Azərbaycan Ordusunun iyulun 14-də Tovuzda şəhid olan general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn olunublar. 

 YeniAvropa xəbər verir ki, generalın və polkovnikin cənazələri bu gün səhər saatlarında II Fəxri Xiyabana gətirilib.

İnsan izdihamı müşahidə edilən dəfn mərasimində hərbi orkestrin iştirakı ilə Dövlət Himni səsləndirilib və havaya yaylım atəşi açılıb.

Qeyd edək ki, iyulun 13-dən 14-ə keçən gecə düşmən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Həmin ərazidə baş verən şiddətli döyüşlər zamanı şəhid olan Azərbaycan Ordusunun general-mayoru, 1975-ci il təvəllüdlü Polad Həşimovun nəşi dünən əvvəlcə doğulduğu Qəbələ rayonuna aparılıb, sonra oradan Sumqayıt şəhərindəki evinə gətirilib, İlqar Mirzəyevin cənazəsi isə Bakıya gətirilib.