logo

Ordumuzun generalı, polkovniki, 2 mayoru, 3 hərbçisi şəhid oldu

13:09 14-07-2020 | icon 2688
Ordumuzun generalı, polkovniki, 2 mayoru, 3 hərbçisi şəhid oldu

Azərbaycan ordusunun general-mayoru Polad Həşimov Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

YeniAvropa xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev iyulun 14-də jurnalistlərə müsahibəsində deyib.

"İki sutka ərzində düşmənə sarsıdıcı atəş zərbələri endirilib. Düşmənin 100-dək canlı qüvvəsi məhv edilib, çoxlu sayda texnika, döyüş texnikası, nəqliyyatı mühüm obkeytlər darmadağın oilunub və məhv edilib. Bu gün səhər saatlarında döyüş zamanı Azərbaycan ordusunun general-mayoru Polad Həşimov və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olub", -o bildirib.

Habelə düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun aşağıda adlarıları çəkilən hərbi qulluqçuları da şəhid olub:

- Mayor Əhmədov Namiq Hajan oğlu

- Mayor Novruzov Anar Gülverdi oğlu  

- Gizir Zeynallı ilqar Ayaz oğlu

- Gizin Babayev Yaşar Vasif oğlu 

- Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Mustafazadə Elçin Arif oğlu

Bildirilir ki, şəhid olan polkovnik İlqar Mirzəyev ordu korpusunun artilleriya rəisi idi.