Artur Rasizadə anasının erməni olmasından danışdı...
Uzun müddət Azərbaycanın dövlət orqanlarında yüksək vəzifələr tutmuş, 1996-2017-ci illərdə arada qısa fasilə olmaqla Azərbaycan Respublikasının baş naziri işləmiş Artur Rasizadə ölkədə son durumlarla başlı müsahibə verib.
YeniAvropa həmin müsahibəni təqdim edir:
- Artur müəllim, karantin günlərində əhvalınız necədir? Ümumiyyətlə, koronavirusla bağlı nə düşünürsüz?
- Vəziyyətin daha da çətin olduğunu deyə bilərəm. Havaya da çıxmaq olmur. Evdə oturmuşuq. Ancaq başqa yolumuz da yoxdur. Çünki virus qorxulu hal alıb. Etinasız yanaşsaq, axırımız yaxşı olmaz. Ona görə də hər birimiz qaydalara əməl etməliyik. Dünya mətbuatını izləyirəm və bir çox tibb sahəsində çalışan alimlərin fikirləri ilə tanış oluram. Bəzi alimlərin əsas tövsiyəsi budur. Əllərini yu, tibbi maskadan istifadə elə, sosial məsafəni saxla...
- Dediyimiz kimi, insanların heç də hamısı evə qapanmaqdan məmnun deyil. Təhlükə olsa da, kimi dənizə, kimi rayona, kimi ölkə xaricinə getmək istəyir. Siz də həmişə aktiv siyasətlə məşğul olmusuz. Bu situasiyada darıxmaq hissi varmı? Xüsusilə də keçmişə baxanda...
- Təbii darıxmaq var. Əgər kiminsə həyatının 60 ildən çoxu dövlət işində keçibsə, o mütləq darıxacaq. Bu təbiidir. Birmənalı olaraq darıxıram.
- Maşallah, bu arada səsiniz çox yaxşı gəlir. Gümrah insan təsiri bağışlayırsız.
- Elə bircə səsim gümrah qalıb. Qalan orqanlarım çürüyüb (gülür). Ümumiyyətlə, insan həyatının bir mərhələsi olur ki, yaş orada öz sözünü deyir. Həyatın elə qaydaları var ki, onu dəyişmək olmur.
- Yaşlı insanları təsəlli etmək üçün belə fikir səsləndirirlər: "Karantin dövründə nəvələrlə vaxt keçirin”. Hardadır, nəvələr?
- İndiki halda nəvələr belə yoxdur. Təbii, nəvələrim böyükdür artıq. Azyaşlı deyillər. Koronavirusa görə görüşlərə icazə verilmir. Çünki yoluxma ola bilər. O səbəbdən də karantin müddətində nəvələrimlə də görüşmürəm.
- Nəvələrlə də görüşə bilmirsiz. Bəs evəqapadılma vəziyyətində gününüzü necə keçirirsiz?
- Artur müəllim, sizinlə bir qədər açıq danışmaq istəyirəm. Bu günə qədər haqqınızda dolaşan bəzi məsələlər var ki, cavabsız qalır. Məsələn, birmənalı olaraq ananızın erməni olduğu iddia olunur. Ancaq bu barədə heç vaxt danışmamısız. Əsl gerçəkləri sizin dilinizdən eşitmək istəyirik.
Anamın 6 yaşı olanda atası rəhmətə gedib. Anam öz atasını heç tanımayıb. Çünki kiçik yaşlı olub. Rostovda vəziyyət gərginləşəndə anamgil indiki Gəncə şəhərinə köçüblər. O zaman Gəncə Kirovabad adlanırdı. Kirovabadda da anam rəhmətlik atamla tanış olub evləniblər. Vəssalam, şüt tamam!
Söhbət açılmışkən bir hadisəni danışım. Günlərin birində xarici nümayəndələri qəbul edirdim. Söhbət bir qədər uzananda siyasi məhbus məsələsini dilə gətirdirlər. Bizdə siyasi məhbus olmadığını bildirdim. Cavab olaraq "bəzi müxalifət qəzetlərində yazırlar ki, sizin ananız ermənidir. Bu doğrudur?!”,-deyə soruşdular. Birmənalı olaraq "yalandı!” dedim. Onları niyə məhkəməyə vermədiyimi soruşdular. "Yazırlar, qoy yazsınlar. Əgər lazım olsa anamın məndə olan pasportunu göstərərəm. Anamın erməni olmadığı bəlli olacaq. Mənim sübutum da var” dedim. İndi mənim anamın milliyəti belədir, bəzilərinin isə heç anasının kimliyi bilinmir.
- Ananızla bağlı yazılanlara susduqca, həyat yoldaşınız barədə də erməni söhbəti gündəmə gəlib. Hətta gəlininiz haqqında da yazılıb. Bu barədə nə deyə bilərsiz?
- Yoldaşınız öz seçiminiz olub, yoxsa, ailələriniz sizi tanışdırıb?
- Yoldaşımla eşq yaşamışam. Dərin bir eşq! Bəli, eşq! Ailə qurmağımızda kimsənin müdaxiləsi olmayıb...
- Bir məsələdə də adınız çəkilir. 20 yanvar qətliamı baş verməzdən öncə Sovet qoşunlarını Azərbaycana dəvət etdiyiniz iddia olunur. Maraqlıdır ki, xalqın taleyinə bağlı olan məsələdə də susmusuz. Sizin iştirakınızla belə bir hadisə baş veribmi?
- Ananızın erməni olması barədə yazılanlardan tutmuş, xalqın taleyində mühüm rol oynayan 20 Yanvar hadisələrinə qədər susmusuz. Susmağınıza nə səbəb olub?
- Artur müəllim, bayaq oğul məsələsində fərqli danışdız. Deyəsən oğlunuzun olmasını çox arzulamısız?
- Ancaq qız övladı ataya daha yaxın olur. Razısız?
- Taleyinizin keşməkeşli olduğunu dediniz. Bu tanınmış nəslin övladı olmağınızdan irəli gəlir, yoxsa, necə?
- Kiçik yaşlarınızda atanızı itirmisiz. Maraqlıdır, milliyyətcə rus olan ananız sizi Azərbaycan ruhunda necə tərbiyə edib?
- Hüseyn Cavidin ailəsi ilə sıx təmasda olsanız da, sizin Azərbaycan dilinizdə yaxşı danışa bilməməyiniz həmişə müzakirə mövzusu olub. Haqqınızda "Ana dilini bilməyən vəzifəsini də icra edə bilməz” deyiblər.
- Qayıdaq Hüseyn Cavidin evində keçirdiyiniz illərə. Cavidin bütün yaradıcılığı ilə tanış olduğunuzu söyləmək olarmı?
"Turan qılıncından dar kəskin ulu qüvvət
Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”
- Bəlkə sizin də gizli şairlik istedadınız var, biz bilmirik!
- Artur müəllim, son vaxtlarda ölkədə prezident tərəfindən köklü kadr islahatları aparılır. Siz bu barədə nə deyə bilərsiniz?
- Ard-arda işdən çıxarılıb həbs edilən icra başçıları arasında korrupsiya və rüşvətxor əməllər törədənlər, dövləti çapıb-talayanların kimliyini hər kəs bildi. Niyə icraedici orqanlarda çalışanlar bu cür hərəkətlər edirlər?
- Uzun müddət eyni komandada təmsil olunduğunuz Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev də bir müddət öncə postundan kənarlaşdırıldı. Ramiz Mehdiyevin Administrasiyadakı fəaliyyəti haqda birmənalı fikirlər yoxdur. Elə vaxtilə hakimiyyətdə birlikdə çalışdığınız bəzi tanınmış şəxslər Ramiz Mehdiyevi hakimiyyət daxilində klan yaratmaqda, intriqa ilə məşğul olmaqda, rüşvətxor məmurları vəzifəyə təyin etməkdə və başqa bu kimi "qara işlər"də ittiham ediblər. Siz bu barədə nə deyə bilərsiniz?
- Ümumiyyətlə, ikiniz də eyni vaxtlarda hakimiyyətin əsas simaları olmusuz. Bu gün Ramiz müəllimlə zəngləşib dərdləşirsizmi?
- Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla münasibətləriniz necədir?
- Bu gün nə Oqtay Əsədov, nə də siz yüksək vəzifə tutursuz. Ancaq Oqtay Əsədov sizdən fərqli olaraq incik təsiri bağışlayır. Sanki yenidən Milli Məclisin sədri olmamağını həzm edə bilmir, sıravi deputatlığa alışmır. Bu cür hallar nə dərəcədə doğrudur?
- Nəinki vəzifə, heç ömür belə əbədi deyil. Bu dünyada daimi heç nə yoxdur. Hesab edirəm ki, hər birimiz bu gün burda, sabah başqa yerdə olduğumuzu qəbul etməliyik. Eyni zamanda, dövr dəyişir axı! Yeni nəsil gəlməlidir, gənclər vəzifələrdə təmsil olunmalıdır. Artıq XXI əsrdir. Dünyada gedən prosesləri izləyirəm. İnternet üzərindən dünyanın o başından xəbər tuturuq...
- Bəs Allahşükür Paşazadə ilə münasibətləriniz necədir?
- Bəli
- Şeyx haqqında da çox şayiələr gəzir, ya da yazırlar. Nə dərəcədə doğrudur?
- Yeri gəlmişkən, nə əcəb, memuar yazmaq haqqında düşünmürsüz?
- Haqqınızda neqativ xəbərlərlə yanaşı, müsbət fikirlər də səslənir. Bəziləri sizi xalq və dövlət üçün gərəkli şəxs adlandırır. Bu barədə də danışa bilərsiz?
- Bir övladınız olsa da, onu davamçınız kimi yetişdirmədiniz. Bu gün yeganə övladınız – qızınız hansısa vəzifəni tuta bilərdi.
Dövlət Plan Komitəsinin müavini idim. İsmayıl Əliyev vardı. Allah rəhmət eləsin! Neft Akademiyasının rektoru olub. Bir dəfə kabinetdə oturmuşam. Katibə dedi ki, "İsmayıl müəllim sizinlə danışmaq istəyir”. O zamanlar gənc idim. İsmayıl müəllim yaşca məndən boyük idi. Heç demə o xəbər tutub ki, Nailə Rasizadə mənim qızımdır. Mənə dedi ki, "sənin qızına tələbə vəsiqəsini mən verirəm, ancaq sən bir dəfə də olsun mənə deməmisən ki, qızın burda oxuyur. Qızına nə köməklik lazımdırsa, edərəm”. Cavab olaraq "kömək məsələsi bizlik deyil” dedim.
- Bəziləri Artur adını eşidən kimi erməni məsələsini gündəmə gətirirlər. Hətta "buna bir Azərbaycan adı tapmadılar ki, gedib erməni adı qoydular?!” deyə söyləyənlər də var. Kim qoyub adınızı?
- Mən dünyaya gələndə anam ölüm-dirim savaşı aparıb. Məni güclə dünyaya gətirib. Voyniçin "Ovod” əsərini oxumusuz?
- Əlbəttə. Çox maraqlı əsərdi. Ata-oğul üzə-üzə gəlir...
Rusiya sülhməramlıları Azərbaycanı vaxtından əvvəl tərk edir
Bakıda "Made in BRICS & SCO" beynəlxalq sərgi keçirilir
Sabah Bakıda 26° isti olacaq
Bakı-Dubay reysi ilə uçan AZAL-ın təyyarəsi yarıyoldan qayıdıb
Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrlik Azərbaycana keçib
Bu gün Xaçmaza elektrik enerjisi verilməyəcək-Səbəbi?
Portuqaliya prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib
Teleaparıcı Aytən Səfərovanın düşdüyü avtoqəzada ölən var
Şəhriyar Məmmədyarov Kanadada rapid turnirinin qalibi olub
Hadı Rəcəbli vəfat edib
Paytaxtda avtomobillərin nömrə nişanlarını oğurlayan şəxs saxlanılıb
Tovuz istiqamətində kəşfiyyat uçuşu edən kvadrokopter zərərsizləşdirilib
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam əsassızdır-XİN
Qırğızıstan "TikTok"u qadağan edir
İlham Əliyev AQFETM-in baş katibini qəbul edib
Ötən gün 10 kiloqramdan çox narkotik vasitə aşkar olunub
Azərbaycan nefti 93,06 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
UEFA Çempionlar Liqası:Bu gün son yarımfinalçı bəlli olacaq
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib
Bir sıra ölkələrdən Azərbaycana quş əti idxalına qadağa qoyulub
Aleksandar Vuçiç dəstək üçün İlham Əliyevə zəng edib
Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək
Bakıda güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək
Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar etdi-30 sutka həbs olundu