logo

Ermənilər bu gün səhərdən Tovuzun kəndlərini artilleriya atəşinə tutub

10:13 14-07-2020 | icon 2170
Ermənilər bu gün səhərdən Tovuzun kəndlərini artilleriya atəşinə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 14-də səhər saatlarından başlayaraq Tovuz rayonunun Ağdam və Əlibəyli kəndlərini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı YeniAvropa-ya bildirib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib.