logo

Düşmənin hərbi obyekti, texnikası və şəxsi heyəti belə məhv edildi

21:15 13-07-2020 | icon 2205
Düşmənin hərbi obyekti, texnikası və şəxsi heyəti belə məhv edildi

Azərbaycanın Müdafiə Nazirliyi düşmənin bir neçə hərbi obyektinin və texnikasının darmadağın edilməsi ilə bağlı məlumat yayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, düşmənə qarşı görülən sərt cəza tədbirləri nəticəsində iyulun 13-də günün ikinci yarısında Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, kəşfiyyat bölməsinin radiolokasiya stansiyası, hərbi avtomobil texnikası üçün saxlanc, tank, zirehli transportyor, 20-dən çox şəxsi heyəti, tabor qərargahı və hərbi infrastrukturu bölmələrimizin dəqiq atəşi ilə darmadağın edilib.

Qarşı tərəf itkilərini gizlətməklə ictimaiyyətini aldatmağa davam edir.