logo

Düşmən Tovuzun kəndlərini minaatan və "D-30" topundan atəşə tutub

19:34 13-07-2020 | icon 2345
Düşmən Tovuzun kəndlərini minaatan və "D-30" topundan atəşə tutub

Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Ağdam və Dondar Quşçu kəndlərini 120 millimetrlik minaatanlardan və "D-30"topundan atəşə tutublar.

YeniAvropa xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı məlumat verib.

V.Dərgahlı qeyd edib ki, kənd sakinlərinə heç bir ziyan dəyməyib. Düşmənin bütün təxribatlarına qarşı qoşunlarımız tərəfindən daha sərt cavab tədbirləri görülür.