logo

Lavrov Azərbaycan və Ermənistanı dərhal atəşi dayandırmağa çağırdı

18:28 13-07-2020 | icon 2191
Lavrov Azərbaycan və Ermənistanı dərhal atəşi dayandırmağa çağırdı

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki vəziyyəti iki ölkə xarici işlər nazirləri ilə müzakirə edib.

 YeniAvropa xəbər verir ki, bu barədə  Rusiyanın "TASS" informasiya agentliyi məlumat yayıb. S. Lavrov tərəfləri “dərhal atəşi dayandırmağa” çağırıb.

“Azərbaycan-Ermənistan sərhədindəki situasiyanın kəskinləşməsi müzakirə olundu. Sergey Lavrov tərəfləri dərhal atəşi dayandırmağa, təmkin nümayi etdirməyə və üzərlərinə götürdüyü öhdəlikləri, habelə Rusiya, ABŞ və Fransa nümayəndələrinin Minsk Qrupu həmsədrləri qismində irəli sürdüyü təklifləri nəzərə almağa çağırdı”,-deyə  agentliyin Rusiya XİN-nin rəhbəri S. Lavrovun Bakı və Yerevanla telefon danışıqlarının yekunlarına dair yaydığı məlumatında bildirilir.

Lavrov habelə qeyd edib ki, Rusiya Bakı və Yerevan arasında “həm özünün milli keyfiyyətində, həm ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində” öz vasitəçilik missiyasını həyata keçirməkdə davam edəcək.