logo

Səttar Mehbalıyevin diplomat kürəkəni 3 milyon dollarla ABŞ-a qaçdı

15:12 13-07-2020 | icon 2345
Səttar Mehbalıyevin diplomat kürəkəni 3 milyon dollarla ABŞ-a qaçdı

Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin əməkdaşı, İstanbuldakı konsulluğumuzda vəzifə daşıyan Rəşad Eyvazov Türkiyədən ABŞ-a qaçıb.

YeniAvropa xəbər verir ki, bu barədə konsulluqdakı adının açıqlanmasını istəməyən mənbə məlumat verib. Bildirilib ki, Səttar Mehbalıyevin qızı Nigarla evli olan Rəşad Eyvazov həyat yoldaşını və 3 oğlunu ataraq sevgilisi ilə İstanbuldan ABŞ-a qaçıb.

Özü ilə Mehbalıyevlər ailəsinə aid 3 milyon ABŞ dolları da götürüb.

Qeyd edək ki, Mehbalıyevlər ailəsinin Türkiyədəki biznesi 400 milyon dollar qiymətləndirilir. Bura otellər, villalar, mağazalar aiddir. Türkiyədəki bizneslərə Səttar Mehbalıyevin həyat yoldaşı rəhbərlik edir. Nigar Eyvazova isə SOCAR-Türkiyənin əməkdaşıdır.

Xatırladaq ki, Səttar Mehbalıyev həm də Azərbaycan prezidentinin sabiq köməkçisi Əli Həsənovun qudasıdır.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.