logo

İlham Əliyev: Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq

13:56 13-07-2020 | icon 2436
İlham Əliyev: Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Ermənistanın Tovuz istiqamətində təxribatı ilə əlaqədar beynəlxalq təşkilatlara müvafiq müraciətlər edildiyini bildirib.

YeniAvropa xəbər verir ki, dövlət başçısı operativ vəziyyət imkan verən kimi Azərbaycanda fəaliyyət göstərən xarici ölkələrin hərbi nümayəndələrinin həmin əraziyə dəvət ediləcəyini qeyd edərək deyib: “Onlar öz gözləri ilə vəziyyəti görsünlər. Görsünlər ki, kim bu hərbi təxribatı törədib. Bu hərbi təxribat nəticəsində nələr baş verib və kim vəziyyətin gərginləşməsinə cavabdehlik daşıyır”.

Prezident vurğulayıb ki, bizim işimiz haqq işidir və Azərbaycan öz prinsipial mövqeyindən bir addım geri atmayacaq.