logo

200-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə olundu

11:33 13-07-2020 | icon 2044
200-ə yaxın Azərbaycan vətəndaşı Gürcüstandan təxliyə olundu

Azərbaycanın Gürcüstandakı səfirliyi pandemiya səbəbindən tətbiq olunan qadağalar nəticəsində bu ölkəni tərk edə bilməyən vətəndaşlarımızın təxliyəsini davam etdirir.

YeniAvropa xəbər verir ki, 200-ə yaxın vətəndaşımız iyulun 13-də saat saatlarında  Azərbaycanın Gürcüstandakı səfirliyinin qarşısından avtobuslarla “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınıblar.

Səfirliyin məlumatında qeyd edilib ki, həmin vətəndaşların hamısı testdən keçib və onların heç birində koronavirus aşkarlanmayıb.