logo

Əkrəm İmamoğludan "Aya Sofya" ilə bağlı açıqlama

21:55 11-07-2020 | icon 3052
Əkrəm İmamoğludan "Aya Sofya" ilə bağlı açıqlama

İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 1935-ci ildən indiyə qədər muzey kimi fəaliyyət göstərən Aya Sofyanın məscidə çevrilməsi qərarına münasibət bildirib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Yunanıstanda keçirilən Delphi İqtisadi Forumuna telekonfrans vasitəsilə qatılan Əkrəm İmamoğlu Aya Sofyanın ibadətə açılması və məscidə çevrilməsi ilə bağlı sualı cavablandırıb: “Aya Sofyanın ibadət üçün açılmasına ehtiyac olduğuna inanmıram. Türkiyə və dünyanın başqa problemləri var və bu məsələ daxili siyasət vasitəsi olaraq istifadə edilməməlidir".

Əkrəm İmamoğlu daha sonra bildirib ki, Türkiyədəki ibadət yerləri və tarixi abidələrə görə İstanbul Bələdiyyəsi deyil, mərkəzi hökumət və Turizm Nazirliyi məsuliyyət daşıyır.

 

«Aya Sofya» məbədi məscidə çevrildi – RƏSMİ QƏRAR | FED.az
Xatıqladaq ki, Türkiyə məhkəməsi İstanbulun məşhur turizm obyektlərindən biri olan və  85 il əvvəl,  24 noyabr 1934-cü il tarixində  Nazirlər Kabinetinin "Aya Sofya"nın (Müqəddəs Sofiya məbədi) məsciddən muzeyə çevrilməsi barədə vermiş olduğu qərarı ləğv edib.

Məhkəmə qərarından sonra dəyişikliyin qüvvəyə minməsi üçün onun prezident tərəfindən təsdiqlənməsi tələb olunurdu. Və ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib.

Beləliklə, "Aya Sofya"nın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.

Qeyd edək ki, Aya Sofya məbədi Osmanlıların İstanbulu fəth etməsinə qədər şəhərin əsas xristian məbəldi sayılırdı. Ona görə də, Türkiyə hökumətinin bu qərarı ilə bağlı anonslardan sonra xüsusilə pravoslav kilsəsinin nümayəndələri, o cümlədən Rusiya Pravoslav kilsəsi Türkiyə rəhbərliyini bu addımdan çəkindirməyə çalışırdılar.

Aya Sofyanın məscidə çevrilməsi nətiicəsində artıq müsəlman ölkələrindən olan turistlərin buranı ziyarət etməsi üçün ödəniş (muzey olanda 15 avro idi) tələb olunmayacaq.