logo

Faktiki hava: Bəzi bölgələrdə leysan yağıb, şimşək çaxıb

19:33 11-07-2020 | icon 2254
Faktiki hava: Bəzi bölgələrdə leysan yağıb, şimşək çaxıb

Ölkə ərazisində müşahidə olunan faktiki hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya bildiriblər ki, iyulun 11-i saat 18:00-a olan məlumata əsasən, Daşkəsən, Göygöl, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Qusar, Cəfərxan, Sarıbaş, Xınalıq, Şahdağda yağış yağıb. Yağıntı Şəmkir, Balakən, Şəki, Şamaxı, Quba, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Qazıməmməd, Biləsuvar, Kişçay (Şəki), Lənkəran rayonlarında leysan xarakterli olub, şimşək çaxıb.