logo

Azərbaycanda daha 531 nəfər  koronavirusa yoluxdu, 6 nəfər öldü

16:50 11-07-2020 | icon 2268
Azərbaycanda daha 531 nəfər  koronavirusa yoluxdu, 6 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 531 yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 23 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8616 nəfərdir.

Ötən müddət ərzində 560 min 356 test aparılıb. Bugünkü test sayı isə 8045-dir.